Tanınmış amerikalı iqtisadçı Ceffri Saks Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb və regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıb.
AzərNews-a istinadən Hikmət Hacıyev bildirib ki, görüşdə davamlı inkişaf, geosiyasi və geоiqtisadi dəyişikliklər, genişlənmiş Xəzər bölgəsi konsepsiyası, Azərbaycan Respublikasının orta güc kimi artan rolu, Bakı sülh gündəliyi və regional ölkələrin ortaq problemlərin həllindəki iştirakının əhəmiyyəti müzakirə edilib.
Hacıyev həmçinin Ceffri Saksın elektrik avtomobilləri ilə səyahət vasitəsilə Şərq-Qərb əlaqələrini gücləndir məqsədi daşıyan "Marko Polo; Sülh Səfəri" təşəbbüsünü regional dialoq, əməkdaşlıq və bağlantının təşviqi üçün ilhamverici nümunə kimi xarakterizə edib.