Qərbi Azərbaycan təcili yardım xidmətinin rəisi Urmiya gölündə boğulmaq nəticəsində bir vətəndaşın həlak olduğunu bildirib. Hadisə avqustun 1-i, cümə axşamı günü öğle vaxtı yoxlama məntəqəsindən sonrakı ərazidə, qayıqların dayanacağına yaxın yerdə baş verib.
Zərər çəkən şəxs təcili yardım əməkdaşları çatana qədər həlak olmuşdur. Təcili yardım xidməti bu cür hadisələrin təkrarlanmaması barədə xəbərdarlıq edərək vətəndaşlardan icazəsiz və təhlükəli ərazilərdə üzməkdən çəkinmələrini xahiş edib.