ArazNews
Ana Səhifə / Bölgə / Omanın sahil sularında iki tankerə zərbə endirildi
Bölgə

Omanın sahil sularında iki tankerə zərbə endirildi

Omanın sahil sularında iki tankerə zərbə endirildi

Yunan gəmiçilik şirkəti «Dynacom Tankers» bildirib ki, şirkətin idarəsindəki iki tanker bazar ertəsi günü Omanın sahil sularından keçərkən mənşəyi naməlum mərmilərin hədəfinə çevrilib. Malta bayrağı altında üzən «Kavomiliz» tankeri iki mərminin dəyməsi nəticəsində mühərrik otağında yanğın baş verib və ekipaj üzvləri gəmini tərk etmək məcburiyyətində qalıb.

Şirkətin açıqlamasına görə, bütün ekipaj üzvləri Oman səlahiyyətliləri tərəfindən sağ-salamat tapılaraq sahilə çatdırılıb. Britaniyalı «Vanguard» şirkəti hadisənin yerinə Omanın Kumzar bölgəsinin şimal-qərbindən təxminən səkkiz dəniz milliyi məsafəni göstərib. Britaniya Dəniz Ticarəti Əməliyyatları Təşkilatı isə heç bir ekoloji çirklənmənin qeydə alınmadığını açıqlayıb.