ArazNews
Ana Səhifə / Azərbaycan / «Birjənd Arki»; «Urmiya Arki»nə nə oldu?!
Azərbaycan

«Birjənd Arki»; «Urmiya Arki»nə nə oldu?!

«Birjənd Arki»; «Urmiya Arki»nə nə oldu?!

Bu ark «Urmiya Arki» ilə təxminən eyni vaxtda və eyni üsulda inşa edilib. Lakin Urmiya Arki bundan daha böyük və daha dəbdəbəli imiş. Urmiya Arki daha çox Şirazdakı «Kərim Xan Arki»nə bənzərmiş.

İndi Şirazdakı Kərim Xan Arki və Birjənd Arki salamat vəziyyətdə qalır və mühafizə olunur.

Lakin Urmiya Arkindən heç bir iz qalmayıb. Pəhləvi dövründə yıxıldı və yerinə xəstəxana, məktəb və şəhər polisi idarəsi tikildi. Son qalıqları isə 57-ci inqilabından sonra yıxıldı və yerinə Zeynəbiyyə (Məhdiyyə salonu) tikildi.

Urmiya Arki «Dörd Bürclü Rzaqulixan Binası» adı ilə də tanınırdı və Urmiya əfşar bəylərbəyi Rzaqulu Xan Qasımlı tərəfindən inşa edilmişdi. Bu bina bir neçə əsr ərzində Əfşar xanları və bəylərbəylərinin idarəetmə mərkəzi olub. Bu bina Birinci Dünya Müharibəsinə qədər irsi olaraq Əfşar bəylərbəyi ailəsinin mülkiyyətində olub.

Doğrudan da Azərbaycanda tarixi abidələrin yıxılıb yox olması nə qədər təsadüfi və qəsdsiz ola bilər?!

#müstəmləkəçilik

#mədəni_soyqırım