ArazNews
Ana Səhifə / Bölgə / ABŞ Hərbi Hava Qüvvələrinin yanacaqdoldurma təyyarələri Hormuz boğazı üzərində uçuş həyata keçirir
Bölgə

ABŞ Hərbi Hava Qüvvələrinin yanacaqdoldurma təyyarələri Hormuz boğazı üzərində uçuş həyata keçirir

ABŞ Hərbi Hava Qüvvələrinin yanacaqdoldurma təyyarələri Hormuz boğazı üzərində uçuş həyata keçirir

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hava şəkilləri Hormuz boğazı üzərində "Stratotenker" adı ilə tanınan ən azı beş KC-135 yanacaqdoldurma təyyarəsinin fəaliyyətini əks etdirir.

Bu təyyarələrlə yanaşı, bir neçə KC-46 Pegasus yanacaqdoldurma təyyarəsi də Qətərdəki əl-Udeid bazasından uçaraq bölgənin səmasında hərəkət edir. Həmin təyyarələrin uçuş hündürlüyünün 21 000 ilə 28 000 fut arasında olduğu bildirilir.

Bu geniş miqyaslı hava hərəkəti Oman sularında bir gəmiyə hücum həyata keçirildikdən saatlar sonra baş verib. Həmin gəmi Omanın sahillərindən 7,5 dəniz mili məsafədə naməlum bir mərmi ilə hədəf alınmış, nəticədə komandanlıq körpüsü zərər görmüşdür.

Bu hadisədən əvvəl İslam Respublikası İran xəbərdarlıq etmişdi ki, Tehranın icazəsi olmadan bölgədən keçən gəmilər "nəticələrlə" üzləşəcək.