ArazNews
Ana Səhifə / Bölgə / Körfəz XİN başçıları: İranın raketləri və vəkil qüvvələri cilovlanmadan davamlı sülh mümkün deyil
Bölgə

Körfəz XİN başçıları: İranın raketləri və vəkil qüvvələri cilovlanmadan davamlı sülh mümkün deyil

Körfəz XİN başçıları: İranın raketləri və vəkil qüvvələri cilovlanmadan davamlı sülh mümkün deyil

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri ABŞ-ın xarici işlər naziri ilə keçirilən görüşün ardından bəyanat yayaraq vurğulayıblar ki, regionda davamlı sülhə nail olmaq yalnız İranın ballistik raket proqramına, pilotsuz uçuş aparatlarına və vəkil silahlı qruplar şəbəkəsinə münasibətin həll edilməsi ilə mümkündür.

Birgə bəyanatda tərəflər həmçinin Hörmüz boğazında heç bir rüsum tutulmadan və heç bir məhdudiyyət qoyulmadan tam gəmiçilik azadlığının təmin edilməsinin zəruriliiyini vurğulayıblar. Bu mövqe ərəb ölkələrinin Tehran ilə Vaşinqton arasındakı ilkin razılaşmanın nəticələrinə dair narahatlıqlarının davam etdiyi bir dövrdə səsləndirilir.

Times of Israel-in məlumatına görə, Körfəz Əməkdaşlıq Şurasının xarici işlər nazirləri həmçinin qeyri-dövlət silahlı qruplarının tərksilah edilməsini, Livan məsələsində müstəqil danışıqların aparılmasını və Suriya ilə Qəzzada sabitliyin dəstəklənməsinin davam etdirilməsini tələb ediblər.