İran və ABŞ arasında qarşılıqlı hücumların davam etməsinə baxmayaraq, ABŞ rəsmiləri danışıqların sürdüyünü və yaxın gələcəkdə razılaşma əldə olunması ehtimalının artdığını bildirirlər.
Araz News-un Politico-ya istinadən verdiyi məlumata görə, amerikalı bir rəsmi son hərbi gərginliyə baxmayaraq, danışıqlar prosesində heç bir dəyişiklik olmadığını və tərəflərin hələ də razılaşmaya yaxın olduğunu deyib.
ABŞ vitse-prezidenti Cey Di Vens CBS News-a müsahibəsində davam edən danışıqların uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib və Vaşinqtonun hazırda Tehranla “yaxşı bir razılaşma” əldə edə biləcək mövqedə olduğunu söyləyib.
Vensin sözlərinə görə, tərəflər yekun anlaşmaya çox yaxındırlar və mövcud proses davam edərsə, razılaşma gələn həftə ərzində əldə oluna bilər.
Bu açıqlamalar ABŞ-ın çərşənbə axşamı axşam saatlarında İranın cənubundakı bir neçə hədəfə zərbə endirməsindən sonra səsləndirilib.