ArazNews
Ana Səhifə / Xəbər / Sepah-a yaxın agentlik: İran 3 milyard dolların azad edilməsi qarşılığında İsraillə atəşkəsi qəbul edib
Xəbər

Sepah-a yaxın agentlik: İran 3 milyard dolların azad edilməsi qarşılığında İsraillə atəşkəsi qəbul edib

 Sepah-a yaxın agentlik: İran 3 milyard dolların azad edilməsi qarşılığında İsraillə atəşkəsi qəbul edib


Sepah-a bağlı bir xəbər agentliyi İran İslam Respublikasının dondurulmuş aktivlərindən 3 milyard dolların azad edilməsi müqabilində İsrailə qarşı hücumları dayandırmağa razılaşdığını iddia edib.


Məlumata görə, bu vəsait hava məkanındakı məhdudiyyətlərə baxmayaraq, Əbu-Dabidən Tehrana köçürülüb. Razılaşmada vasitəçi rolunu Qətərdən olan nümayəndə heyətinin oynadığı bildirilir.


Həmçinin iddia olunur ki, ABŞ bu razılaşma çərçivəsində İsrailə Livana qarşı hücumlarını məhdudlaşdıracağına dair təminat verib.


İsrailin “Kan” telekanalı bu razılaşmanın detalları barədə məlumat yayan ilk media qurumu olub.