ABŞ Prezidenti Donald Tramp ABC telekanalına verdiyi açıqlamada İrana qarşı həyata keçirilən əməliyyatlarla bağlı danışıb.
ArazNews-un məlumatına görə, Tramp bildirib:“Düşünürəm ki, cavab vermək çox vacibdir. Onlar bir helikopterimizi vurublar və biz də elə indi cavab veririk.”
ABŞ prezidenti əlavə edib:“Bu, onların dünən gecə helikopterimizə qarşı etdikləri hərəkətə verilən cavabdır. Mən hesab edirəm ki, bu cavab çox sərt və çox güclü olmalıdır. Verilən cavab da məhz budur.”