ArazNews
Ana Səhifə / Xəbər / ABŞ konqresmeni: İranla danışıqlar nəticə verməyəcək, hərbi müdaxilə qaçılmazdır
Xəbər

ABŞ konqresmeni: İranla danışıqlar nəticə verməyəcək, hərbi müdaxilə qaçılmazdır

 ABŞ konqresmeni: İranla danışıqlar nəticə verməyəcək, hərbi müdaxilə qaçılmazdır


ABŞ Konqresinin respublikaçı üzvü hesab edir ki, İran rejimi ilə aparılan danışıqlar dalana dirənib və Donald Tramp administrasiyası sonda hərbi varianta müraciət edəcək.

ArazNews-un məlumatına görə, Texas ştatından respublikaçı konqresmen, Nümayəndələr Palatasının Silahlı Qüvvələr və Kəşfiyyat komitələrinin üzvü Pat Fallon Donald Trampın İrana qarşı hərbi əməliyyat qərarının “qaçılmaz göründüyünü” bildirib.


Fallon Fox News-a müsahibəsində iddia edib ki, İran hakimiyyəti zənginləşdirilmiş urandan imtina etməkdən və Hörmüz boğazını açmaqdan imtina edir. Onun sözlərinə görə, bu səbəbdən Vaşinqton üçün “güc tətbiqi yeganə qalan seçimdir”.


ABŞ konqresmeni həmçinin İran rejiminin heç vaxt xoş niyyətlə danışıqlar aparmadığını iddia edib və gərginliyin “sərt şəkildə” başa çatacağını proqnozlaşdırıb.


Pat Fallon Sepah-ı ölkədə əsas qərarların verilməsinə nəzarət etməkdə ittiham edərək bildirib ki, bu qurumla aparılan danışıqlardan nəticə gözləmək mümkün deyil. O, həmçinin İran əhalisinin böyük hissəsinin rejimdən narazı olduğunu iddia edib və Tehranın ya ABŞ-ın tələblərini qəbul etməli, ya da sistemin dağılması riski ilə üzləşəcəyini söyləyib.