ABŞ Prezidenti Donald Tramp İran rejiminin nüvə proqramı ilə bağlı mövqeyini bir daha təkrarlayaraq bildirib ki, Tehran nüvə silahı əldə edərsə, ondan istifadə etməkdən çəkinməyəcək.
ArazNews-un məlumatına görə, Tramp çıxışında deyib: “Onların nüvə silahına sahib olmasına icazə verə bilməzsiniz. Onlar dərhal istifadə edərlər. Hətta bu barədə düşünməzlər belə.”
O əlavə edib ki, İran rejimi rəsmiləri haqqında əldə etdiyi təsəvvür onu belə nəticəyə gəlməyə vadar edib.