İranda yeni yaradılmış “Fars Körfəzi Su Yolu İdarəsi” Hörmüz boğazında “nəzarət olunan dəniz zonası” yaradıldığını və bu marşrutdan keçən gəmilərin bu qurumla koordinasiya edib icazə almalı olduğunu açıqlayıb.
ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, X sosial şəbəkəsində yayılan bəyanatda bu zonanın boğazın şərq hissəsində İrandakı Kuh-e Mübarək ilə BƏƏ-nin cənub Füceyrəsi arasındakı xəttdən, qərb hissəsində isə Qəşm adasının son nöqtəsi ilə BƏƏ-nin Umm əl-Qüveyn bölgəsi arasındakı xəttə qədər uzandığı bildirilib.
Hörmüz boğazının idarə olunması üçün yeni yaradılan bu qurum bəyan edib ki, bu strateji keçiddən keçmək istəyən bütün gəmilər əvvəlcədən qurumla koordinasiya aparmalı və icazə almalıdır.