İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf çərşənbə günü yaydığı səsli mesajda ABŞ-ın İrana qarşı yeni müharibə mərhələsinə hazırlaşdığını iddia edib.
Qalibaf Vaşinqtonun Tehranı təslim olmağa məcbur etmək istədiyini bildirərək, buna qarşı “iqtisadi dayanıqlığın” artırılmasına çağırıb ki, ABŞ bu məqsəddən ümidini kəssin və İran xalqının tələblərini qəbul etsin.
Bu açıqlamalar Trampın çərşənbə axşamına planlaşdırılan hücumu ləğv edib razılaşma üçün bir neçə günlük vaxt verməsindən sonra səslənib.