Danışıqlara yaxın bir mənbə iddia edib ki, ABŞ və İran bütün cəbhələrdə qarşıdurmanı dayandırmaq üçün razılaşmanın ilkin mətnini yekunlaşdırıb və sənəd son təsdiq üçün hər iki tərəfin rəhbərlərinə göndərilib.
ArazNews-un Washington Times-a istinadən verdiyi məlumata görə, bu ilkin razılaşmanın rəsmi şəkildə yaxın 24 saat ərzində elan oluna biləcəyi bildirilir.
Məlumata görə, Məhəmmədbağır Qalibaf, Cey Di Vens, Stiv Vitkoff və Cared Kuşner bu ilkin mətnin hazırlanmasında və təsdiqində yer alan şəxslər arasındadır.
Bununla belə, razılaşmanın əsas detalları hələ açıqlanmayıb.
Ağ Ev də bu xəbərə hələlik rəsmi reaksiya verməyib.