Donald Tramp bildirib ki, ABŞ və İran arasında aparılan danışıqlarda mümkün razılaşmanın yekunlaşmasına “çox daha yaxın” olunub, amma hələ son qərar verilməyib.
son təklifə Hörmüz boğazının yenidən açılması, İranın xarici banklardakı dondurulmuş aktivlərinin bir hissəsinin azad edilməsi və danışıqların davamı daxildir.
Tramp əlavə detallar açıqlamasa da, yalnız Vaşinqtonun bütün tələblərini təmin edən razılaşmanı imzalayacağını deyib.O həmçinin iddia edib ki, yekun razılaşma İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq və İranın zənginləşdirilmiş uran məsələsi “qənaətbəxş şəkildə” həll olunacaq.
Tramp xəbərdarlıq edib ki, əgər razılaşma əldə olunmasa, İran görünməmiş hücumlarla üzləşəcək.
ABŞ dövlət katibi Marko Rubio da danışıqlarda müəyyən irəliləyişlərin olduğunu bildirib və yaxın saatlar və ya günlərdə yeni açıqlamaların ola biləcəyini deyib. O vurğulayıb ki, bu məsələ “hansı yolla olursa olsun” həll edilməlidir.