Əraqçi: Hörmüz bütün ticarət gəmilərinə açıqdır
1 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
İran rejiminin xarici işlər naziri Abbas Əraqçi iddia edib ki, Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, lakin gəmilər İranın dəniz qüvvələri ilə əməkdaşlıq və koordinasiya etməlidirlər.
Araz News-in məlumatına görə, Əraqçi Press TV-yə müsahibəsində deyib: “Biz heç bir maneə yaratmamışıq; mühasirəni yaradan ABŞ-dir.”
O həmçinin ABŞ tərəfindən tətbiq edilən dəniz mühasirəsini “qanunsuz” adlandırıb və bu vəziyyətin sona çatacağına ümid etdiyini bildirib.
İran rejiminin xarici işlər nazirinin bu açıqlamaları son həftələrdə Hörmüz boğazında gərginliyin artdığı, gəmilərin saxlanılması, dəniz hücumları və neft tankerlərinin keçidində problemlərlə bağlı çoxsaylı xəbərlərin yayıldığı bir vaxtda səslənib.