Təbriz Apellyasiya Məhkəməsi 13 milli-mədəni azərbaycanlı fəala qarşı çıxarılan hökmləri dəyişiklik etmədən təsdiqləyib.
Araz News-un “Demokratlar” səhifəsinə istinadən verdiyi məlumata görə, bu fəallar 2023-cü ildə Təbriz Kəşfiyyat İdarəsi tərəfindən saxlanılmış və üç aydan çox bu qurumun təkadamlıq kameralarında qalmışdılar.
Onlar “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” və “Demokratlar qrupuna üzvlük” ittihamları ilə Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində mühakimə olunublar. Təsdiqlənmiş hökmlərə əsasən, 13 nəfərin ümumi cəzası 85 il 9 ay həbsdir. Bütün təqsirləndirilən şəxslər “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” ittihamı üzrə hər biri 3 il 7 ay həbs cəzası alıb.
Yuruş Mehrəlibəylu “Demokratlar qrupunu yaratmaq” ittihamı ilə 6 il 2 ay həbsə məhkum edilib. Digər təqsirləndirilən şəxslər isə “Demokratlar qrupuna üzvlük” ittihamı ilə hər biri 2 il 9 ay həbs cəzası alıb. Mürtəza Nurməhəmmədi isə bu ittiham üzrə bəraət alıb və yalnız 2 il həbs cəzasına məhkum edilib.
Adları belədir: Yuruş Mehrəlibəylu, Hamed Yeganəpur, İbrahim Əvəzzadə, Araz İbrahimnejad, Hüseyn Azadi, Əmirhüseyn Ağayi, Nasir Rəzmcu, Davud Şiri, Cavad Sudbər, Mehrdad Qadiri, Əli Babayi, Mürtəza Nurməhəmmədi və Mirməhəmmədrza Möhid.