ArazNews
Ana Səhifə / Xəbər / Qalibaf İranın Çin üzrə xüsusi nümayəndəsi oldu
Xəbər

Qalibaf İranın Çin üzrə xüsusi nümayəndəsi oldu

 Qalibaf İranın Çin üzrə xüsusi nümayəndəsi oldu


İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Məsud Pezeşkianın təklifi və Əli Xameneinin təsdiqi ilə İranın Çin üzrə xüsusi nümayəndəsi təyin olunub.


ArazNews-un məlumatına görə, Tasnim-ə danışan məlumatlı mənbələr bu təyinatın səlahiyyət baxımından əvvəlki oxşar vəzifələrdən fərqləndiyini bildiriblər.


Məlumata əsasən, daha əvvəl Əli Laricani İran rəhbərinin Çin üzrə xüsusi nümayəndəsi, Əbdülrəza Rəhmani Fəzli isə prezidentin bu sahə üzrə nümayəndəsi kimi fəaliyyət göstərib. Yeni strukturda bu vəzifənin həm prezident administrasiyası, həm də İran rəhbərliyinin ofisi ilə koordinasiyalı şəkildə müəyyənləşdirildiyi bildirilir.