ArazNews
Ana Səhifə / Xəbər / İsrail ordusunun Baş Qərargah rəisi:İranda yeni hədəflər siyahısı hücuma hazırdır
Xəbər

İsrail ordusunun Baş Qərargah rəisi:İranda yeni hədəflər siyahısı hücuma hazırdır

İsrail ordusunun Baş Qərargah rəisi:İranda yeni hədəflər siyahısı hücuma hazırdır


İsrail ordusunun Baş Qərargah rəisi bildirib ki, müharibənin yenidən başlaması halında İsrail ordusu İrandakı hədəflərə qarşı daha geniş hücumlar həyata keçirməyə hazırdır.


Eyal Zamir İsrail ordusunun İran daxilində hücum üçün yeni hədəflər siyahısı hazırladığını açıqlayıb.


O, Livanın cənubuna səfəri zamanı deyib: “İranda hücum üçün başqa bir hədəf siyahımız hazırdır və geniş və şiddətli kampaniyaya qayıtmaq üçün tam hazırlıq vəziyyətindəyik.”


Zamir əlavə edib ki,ABŞ ilə hərbi koordinasiya və əməkdaşlıq “davamlı şəkildə” davam edir və İsrail bölgədəki hadisələri yaxından izləyir.


Zamir Livanın cənubundakı Xiyam bölgəsində yerləşən qüvvələrə müraciət edərək bildirib ki,Hizbullaha qarşı “güc istifadəsində heç bir məhdudiyyət”yoxdur.


O həmçinin iddia edib ki 

İranla müharibənin başlanmasından bəri Livanda Hizbullahın iki mindən çox üzvü öldürülüb və İsrail bu qrupu daha da zəiflətmək səylərini davam etdirəcək