Kibertəhlükəsizlik tədqiqatçıları iPhone telefonlarına müdaxilənin yeni üsulunu aşkar etdiklərini açıqlayıblar. Bu üsulda istifadəçi heç bir zərərli linkə klikləməsə belə, sadəcə internet reklamına baxmaq və ya veb-sayta daxil olmaq casus proqramın quraşdırılmasına səbəb ola bilər.
"Axios" nəşrinin məlumatına görə, iki kibertəhlükəsizlik şirkətinin tədqiqatçıları bəzi haker qruplarının internet reklamlarından və etibarlı veb-saytlardan sui-istifadə edərək iPhone telefonlarını hədəfə aldığını aşkarlayıblar.
Başqa bir əməliyyatda hakerlər təxminən 8 min veb-saytın infrastrukturundan sui-istifadə edərək istifadəçiləri məlumatları və rəqəmsal aktivləri oğurlayan casus proqramların təhlükəsi ilə üz-üzə qoyublar.
Ekspertlər bildiriblər ki, bu hücumlar proqram təminatındakı boşluqlardan istifadə edir və telefonun əməliyyat sistemini yeniləmək riski azaltmağın ən mühüm yollarından biridir.