Argentina İran rejiminin diplomatik nümayəndəsini ölkədən çıxarır
Argentina hökuməti İran rejiminin Buenos-Ayresdəki müvəqqəti işlər vəkili Möhsən Soltani Tehraniyə ölkəni tərk etməyi tapşırıb.
ArazNews-un İSNA-ya istinadən verdiyi məlumata görə, Argentina Xarici İşlər Nazirliyi bu qərarın İran XİN-in son açıqlamalarına cavab olaraq qəbul edildiyini bildirib və həmin açıqlamaları “yanlış və təhqiramiz ittihamlar” kimi qiymətləndirib.
Bəyanatda həmçinin 1994-cü ildə baş verən AMIA (Argentina Yəhudi İcması Mərkəzi) partlayışı da xatırladılıb; bu hücum nəticəsində 85 nəfər həyatını itirmişdi və Argentina bu hadisəyə görə İranı məsul hesab edir.
İran rejiminin Xarici İşlər Nazirliyi isə bu addımı “beynəlxalq hüquq və diplomatik normalara zidd” adlandıraraq, Argentinanın ABŞ və İsraillə eyni mövqedən çıxış etdiyini iddia edib.