Associated Press: BƏƏ Trampdan İrana qarşı quru əməliyyatı istəyib
2 saat əvvəl
•
1 dəq oxu
Associated Press xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri Bəhreyn və Küveytin dəstəyi ilə Donald Trampa İrana qarşı quru hücumu əmri verməsi üçün təzyiqi artırıb. Bu məlumat diplomatik mənbələrə istinadən yayılıb.
ArazNews-un məlumatına görə, Körfəzdə ABŞ-ın bir neçə müttəfiqi – Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və BƏƏ – qapalı görüşlərdə mövcud hərbi əməliyyatların dayandırılmasını istəmədiklərini bildiriblər.
Onlar ya İran rejimi rəhbərliyində ciddi dəyişikliklərin baş verməsini, ya da Tehranın davranışında əsaslı dəyişikliklərin olmasını tələb edirlər.