Tehran danışıqların davamı üçün ABŞ-ın “artıq tələblərdən” imtina etməsini şərt kimi irəli sürüb.
ArazNews-un Tasnim-ə istinadən verdiyi məlumata görə, İran indiyədək ABŞ ilə yeni danışıqlar mərhələsinin keçirilməsinə razılıq verməyib.
Məlumata əsasən, ABŞ tərəfindən elan olunan dəniz blokadası və Vaşinqtonun danışıqlarda “artıq tələbləri” bu qərarın əsas səbəbləri kimi göstərilir.
Tasnim bildirir ki, Tehran danışıqların davamını ABŞ tərəfinin yanaşmasını dəyişməsi ilə şərtləndirib və əks halda “uzanan, nəticəsiz” müzakirələri davam etdirmək istəmədiyini qeyd edib.
Qeyd olunur ki, bu mövqe Pakistan vasitəçiliyi ilə ABŞ rəsmilərinə çatdırılıb.