Suriya Türkmənləri Şurası yeni rəsmi bayrağı təsdiqlədi

2 saat əvvəl 1 dəq oxu
 Suriya Türkmənləri Şurası yeni rəsmi bayrağı təsdiqlədi


Suriya Türkmənləri Şurası Çobanbey şəhərində keçirilən toplantıda yeni bayrağın “rəsmi sancaq” kimi qəbul edildiyini açıqlayıb. Bu qərarın məqsədinin vahid simvol üzərində daxili ixtilaflara son qoymaq olduğu bildirilib.


ArazNews xəbər verir ki, şuranın açıqlamasına görə, qərar müşavirə iclasında qəbul olunub və Şura sədri Əbdürrəhman Mustafanın təklifi ilə iştirakçıların əksəriyyətinin razılığı əsasında təsdiqlənib. Yeni bayraq firuzəyi fonda, iki paralel xətt arasında yerləşən ay-ulduz simvolundan ibarətdir.


Toplantıda həmçinin 14 mart 2026 tarixində keçirilmiş Şuranın VII Baş Assambleyasının fəaliyyəti müzakirə olunub, gələcək dövr üçün plan və layihələr nəzərdən keçirilib. Şura fəaliyyətini birlik və həmrəylik çərçivəsində davam etdirəcəyini vurğulayıb.