İran və Pakistan XİN rəhbərləri danışdı; müharibənin dayandırılması yolları müzakirə edildi
İran və Pakistanın xarici işlər nazirləri telefon danışığında regiondakı son vəziyyəti və müharibənin dayandırılması yollarını müzakirə ediblər.
ArazNews-un IRNA-ya istinadən verdiyi məlumata görə, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Pakistanın baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefonla danışıb.
Danışıq zamanı tərəflər davam edən qarşıdurmalar fonunda regiondakı vəziyyəti dəyərləndiriblər. İran tərəfi ABŞ və İsrailin hücumlarını tənqid edərək bunu beynəlxalq normaların pozulması kimi qiymətləndirib və beynəlxalq ictimaiyyətin reaksiyasının vacibliyini vurğulayıb.
Pakistan tərəfi isə İranın ərazi bütövlüyünün pozulmasına qarşı olduğunu bildirərək müharibənin dayandırılması üçün diplomatik səylərin davam etdiyini qeyd edib.
Məlumata görə, İslamabad Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının iştirakı ilə dördtərəfli görüş təşkil etməyə çalışır.