Nəçirvan Bərzaninin iqamətgahı PUA hücumuna məruz qaldı

2 saat əvvəl 1 dəq oxu
 Nəçirvan Bərzaninin iqamətgahı PUA hücumuna məruz qaldı


ArazNews xəbər verir ki, İraqın şimalında Nəçirvan Bərzaninin iqamətgahı pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumun hədəfi olub. Hücum zamanı onun evdə olmadığı bildirilir.


Məlumata görə, İraq Kürd Muxtariyyətinin rəsmiləri bu hücuma görə İran rejiminə kəskin etiraz ediblər.


Eyni zamanda daxil olan məlumatlar göstərir ki, ötən gecə Duhok və Süleymaniyə şəhərlərində də bir neçə məntəqə hədəf alınıb.