İranın Səudiyyə bazasına hücumu; ABŞ təyyarələrinə zərər dəydi

1 saat əvvəl 1 dəq oxu
 İranın Səudiyyə bazasına hücumu; ABŞ təyyarələrinə zərər dəydi


İranın Səudiyyə Ərəbistanındakı “Prince Sultan” hava bazasına hücumu nəticəsində bir neçə ABŞ hərbi təyyarəsinin zərər gördüyü bildirilir.


ArazNews-un Air & Space Forces-ə istinadən verdiyi məlumata görə, hücum raket və PUA-larla həyata keçirilib və nəticədə bir neçə yanacaqdaşıyan təyyarə ilə yanaşı, erkən xəbərdarlıq təyyarəsi də hədəf alınıb.


Məlumatlara əsasən, hücum zamanı təxminən 10 ABŞ hərbçisi yaralanıb və onlardan 2-nin vəziyyəti ağır qiymətləndirilir.


“Prince Sultan” hava bazası ABŞ-ın regiondakı əsas əməliyyat mərkəzlərindən biri hesab olunur və burada yerləşən təyyarələrin zərər görməsi hava dəstəyi imkanlarına təsir göstərə bilər.


Bu hücum, qarşılıqlı zərbələrin nisbətən azalmasına baxmayaraq, İranın regiondakı əsas ABŞ bazalarını hədəf alma imkanını hələ də qoruduğunu göstərir.


@ArazNews_az