BƏƏ Müdafiə Nazirliyi: Son 24 saatda 20 ballistik raket və 37 PUA məhv edilib
5 saat əvvəl
•
1 dəq oxu
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində İrandan buraxılan 20 ballistik raket və 37 kamikadze PUA-nı zərərsizləşdirib.
ArazNews-un məlumatına görə, nazirlik həmçinin açıqlayıb ki, 28 fevralda başlayan “Epic Fury” əməliyyatından bu yana BƏƏ-yə yönəlmiş ümumi hücum vasitələrinin sayı 2285-ə çatıb.
Rəsmi statistikaya əsasən, bu rəqəmin 1872-si PUA, 398-i ballistik raket, 15-i isə qanadlı raket olub.
BƏƏ tərəfi hələlik hücumların dəqiq hansı ərazilərdə qarşısının alındığı və mümkün zərərlərlə bağlı əlavə məlumat paylaşmayıb.