İran rejiminin iddiası: Dubayda ukrayna mənşəli antidron sistemlərinin anbarı vurulub

1 saat əvvəl 1 dəq oxu
 İran rejiminin iddiası: Dubayda ukrayna mənşəli antidron sistemlərinin anbarı vurulub


Beynəlxalq media xəbər verir ki, İran rejiminin hərbi qüvvələri Birləşmiş Ərəb Əmirliklərində yerləşən ukrayna mənşəli antidron sistemlərinin anbarını hədəf alaraq məhv etdiklərini iddia ediblər.


ArazNews-un məlumatına görə, Xatəmül-Ənbiya Mərkəzi Qərargahının bəyanatında bu obyektin Dubayda yerləşdiyi və ABŞ-ın hərbi əməliyyatlarına dəstək üçün istifadə olunduğu irəli sürülüb.


Məlumatda zərərin miqyası və mümkün itkilərlə bağlı heç bir detal açıqlanmayıb.


Bildirilir ki, Volodimir Zelenski İran istehsalı “Şahed” PUA-larına qarşı sistemləri Körfəz ölkələrinə təqdim edərək son müharibədə onlara dəstək verib. Daha əvvəl bu PUA-lar Rusiya tərəfindən Ukrayna müharibəsində istifadə edilmiş və Ukrayna tərəfi onlara qarşı nisbətən ucuz texnologiyalar inkişaf etdirmişdi.