Pezeşkiyan Pakistan baş naziri ilə danışdı: Müharibənin bitməsi üçün etimad vacibdir

1 saat əvvəl 1 dəq oxu
Pezeşkiyan Pakistan baş naziri ilə danışdı: Müharibənin bitməsi üçün etimad vacibdir


İran prezidenti Məsud Pezeşkiyan Pakistanın baş naziri ilə telefon danışığında regiondakı böhranın həlli üçün danışıqlarda etimadın vacib olduğunu vurğulayıb.


ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, Pakistan baş nazirinin ofisi bildirib ki, Pezeşkiyan bu danışıqda İslamabadın diplomatik səylərini yüksək qiymətləndirib və tərəflər regiondakı münaqişə və onun sona çatdırılması yollarını müzakirə ediblər.


Hesabatda qeyd olunur ki, bir saatdan çox davam edən bu telefon danışığında Şahbaz Şərif Pakistanın ABŞ və körfəz ölkələri ilə apardığı məsləhətləşmələr barədə Pezeşkiyanı məlumatlandırıb.