ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İran rejimi son iki həftə ərzində körfə bölgəsi ölkələrinə yüzlərlə raket və PUA hücumu həyata keçirib və bir çox halda mülki şəxslərin həyatı təhlükə altına düşüb.
ArazNews-un məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində yayımladığı açıqlamada İranın son iki həftədə körfəz ölkələrinə 300-dən çox hücum həyata keçirdiyini bildirib.
Açıqlamada qeyd olunub ki, bu hücumlar “seçilmədən” həyata keçirilib və bir çox halda mülki şəxslərin təhlükəsizliyinə heç bir diqqət yetirilməyib.