İraq Kürdüstanı Türkiyəyə neft ötürülməsi üçün boru kəmərindən istifadəyə icazə verməyib

2 saat əvvəl 1 dəq oxu
 İraq Kürdüstanı Türkiyəyə neft ötürülməsi üçün boru kəmərindən istifadəyə icazə verməyib


İraq hökuməti bildirib ki, Kürdüstan Regional Hökuməti Bağdadın neft ixracı üçün bölgədəki boru kəmərindən istifadə etməsinə icazə verməyib və bu məsələ İraqın neft ixracında yaranan problemlər fonunda yeni gərginliyə səbəb olub.


ArazNews-un Reuters-ə istinadən verdiyi məlumata görə, Bağdad Kərkük yataqlarından gündə ən azı 100 min barel nefti Kürdüstan bölgəsinin boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına ötürməyi planlaşdırırdı. Lakin Kürdüstan rəhbərliyi buna razılıq verməyib.


Kürdüstan rəsmiləri bildiriblər ki, bölgə boru kəmərindən istifadə ideyasına qarşı deyil, lakin Bağdad əvvəlcə bölgə banklarına tətbiq olunan dollara çıxış məhdudiyyətlərini aradan qaldırmalıdır. İranla bağlı müharibə və Hörmüz boğazında neft tankerlərinin hərəkətində yaranan problemlər fonunda İraqın cənub yataqlarında neft hasilatı təxminən 70 faiz azalaraq gündə 1,3 milyon barelə düşüb.