İsrail ordusu: İrana qarşı hərbi əməliyyatlar davam edəcək, minlərlə hədəf qalır
İsrail ordusu İran rejiminə qarşı hərbi əməliyyatların davam edəcəyini və İran daxilində hücum üçün hələ minlərlə hədəfin qaldığını açıqlayıb.
ArazNews-un məlumatına görə, İsrail ordusunun sözçüsü Effi Defrin CNN kanalına müsahibəsində ubildirib ki, İsrail ən azı üç həftə daha İrana qarşı hərbi əməliyyatlarını davam etdirməyi planlaşdırır.
O əlavə edib ki, İran daxilində hücum üçün “minlərlə hədəf” mövcuddur və İsrail ordusu amerikalı müttəfiqləri ilə koordinasiya şəraitində əməliyyatları yəhudilərin Pesax bayramına qədər — 1 aprel tarixinə qədər və hətta bundan bir neçə həftə sonra da davam etdirməyi nəzərdən keçirir.
Defrin həmçinin vurğulayıb ki, İsrail ordusunun əsas diqqəti İran rejiminin rəhbərliyini zəiflətmək üzərindədir və müharibənin bitməsi üçün konkret zaman cədvəli müəyyən edilməyib.