WSJ: İranın raket hücumunda ABŞ-ın beş yanacaqdaşıyan təyyarəsi zədələnib
İranın Səudiyyə Ərəbistanındakı bir hava bazasına raket hücumu nəticəsində ABŞ-a məxsus beş yanacaqdaşıyan təyyarənin zədələndiyi bildirilir.
ArazNews-un Wall Street Journal-a istinadən verdiyi məlumata görə, iki amerikalı rəsmi İranın Səudiyyə Ərəbistanındakı “Əmir Sultan” hava bazasına raket hücumu zamanı ABŞ-ın beş yanacaqdaşıyan təyyarəsinin zərər gördüyünü açıqlayıb.
Məlumata əsasən, bu təyyarələr son günlərdə hava limanının uçuş zolağında olduqları vaxt raketlərin qəlpələri nəticəsində zədələnib və hazırda təmir üçün əməliyyatlardan kənarlaşdırılıb.
WSJ qeyd edir ki, hücum nəticəsində insan tələfatı qeydə alınmayıb.
Bundan əlavə, şənbə günü Qərbi İraqda KC-135 model yanacaqdaşıyan təyyarənin qəzaya uğraması fonunda son günlərdə zədələnən və ya sıradan çıxan ABŞ yanacaqdaşıyanlarının sayı ən azı altıya çatıb.
KC-135 model hər bir yanacaqdaşıyan təyyarənin dəyəri təxminən 40 milyon dollar qiymətləndirilir.