ABŞ rejim liderinə yaxın çevrə barədə məlumat üçün 10 milyon dollar mükafat elan etdi

4 saat əvvəl 1 dəq oxu
ABŞ rejim liderinə yaxın çevrə barədə məlumat üçün 10 milyon dollar mükafat elan etdi


ABŞ Dövlət Departamentinə bağlı “Rewards for Justice” proqramı yeni çağırışında bildirib ki, İran rejiminin öldürülmüş liderinin yaxın çevrəsi və SEPAH-ın əsas fiqurları barədə məlumat verənlərə 10 milyon dollara qədər mükafat veriləcək.

ArazNews-un məlumatına görə, yayımlanan posterdə Müctəba Xamenei “İran rejiminin lideri”, Əli Əsgər Hicazi “Lider ofisinin müavini, Ali Müdafiə Şurasının katibi və liderin müşaviri”, Yəhya Rəhim Səfəvi “liderin hərbi müşaviri və liderin hərbi şurasının rəhbəri”, Əli Laricani “lider ofisinin müşaviri və hazırkı Ali Milli Təhlükəsizlik Şurasının katibi”, İskəndər Mömini “briqada generalı və daxili işlər naziri”, İsmayıl Xətib isə “kəşfiyyat naziri” kimi təqdim olunub.


Məlumata görə, bu şəxslər SEPAH-ın müxtəlif strukturlarına rəhbərlik edir və “dünyanın müxtəlif yerlərində terror əməliyyatlarının planlaşdırılması, təşkili və icrasında” rol oynayırlar.


Proqram həmçinin bildirib ki, bu şəxslər və ya SEPAH-ın digər yüksək rütbəli komandirləri barədə məlumatı olan şəxslər təhlükəsiz mesajlaşma vasitələri və ya Tor brauzeri üzərindən əlaqə saxlaya bilərlər. Məlumat təsdiqləndiyi halda həmin şəxslər maliyyə mükafatı və “köçürülmə” imkanından yararlana bilərlər.