İran: Türkiyə, Azərbaycan və Kiprə hücumlar bizim işimiz deyil

4 saat əvvəl 1 dəq oxu
 İran: Türkiyə, Azərbaycan və Kiprə hücumlar bizim işimiz deyil


İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki,Tehran Türkiyə, Azərbaycan və Kiprə qarşı son hücumlarda hər hansı iştirakını rədd edir və qonşu ölkələri tələsik nəticə çıxarmamağa çağırıb.


ArazNews-un məlumatına görə,İsmayıl Bəqayi açıqlamasında deyib ki, qonşu ölkələr bu hadisələr barədə “tələsik hökm verməməlidirlər”. O iddia edib ki, “İsrail rejimi illər ərzində dəfələrlə saxta bayraq əməliyyatları həyata keçirib, lakin məsuliyyəti üzərinə götürməyib”.


Bəqayi əlavə edib ki,İran ilə qonşu ölkələr arasında gərginlik yaratmaq məqsədilə bəzi əməliyyatların İsrail tərəfindən planlaşdırılıb icra edilməsi ehtimalı da mövcuddur.


O həmçinin bildirib ki, İran silahlı qüvvələri rəsmi şəkildə Türkiyə, Azərbaycan və Kiprə qarşı həyata keçirildiyi bildirilən hücumların İran tərəfindən edilmədiyini açıqlayıb.


Sonda İran Xarici İşlər Nazirliyinin sözçüsü region ölkələrini “ayıq-sayıq olmağa və tələsik nəticələr çıxarmamağa” çağırıb.