Həmas qruplaşması yayımladığı bəyanatda İran rejimindən hücumlar zamanı bölgədəki ərəb ölkələrini hədəf almamağı istəyib.
ArazNews-un məlumatına görə, Həmas yaydığı açıqlamada İranın hücumlara cavab vermək haqqını dəstəklədiyini bildirsə də, Tehranı qonşu ərəb ölkələrini hədəf almamaq çağırışı edib.
Bəyanatda qeyd olunub ki, Həmas İranın “beynəlxalq qanun və normalar çərçivəsində” cavab vermək hüququnu vurğulayır, lakin region ölkələrinə hücumların qarşısını almağa çağırır.
Bu çağırış ABŞ və İsrailin İrana qarşı birgə hücumlarından sonra Sepah-n körfez bölgəsində bəzi ərəb ölkələrindəki hədəflərə zərbələr endirməsi fonunda səsləndirilib.
İran isə bu hücumların həmin ölkələrdə yerləşən ABŞ hərbi bazalarına qarşı yönəldiyini bildirir. Buna baxmayaraq, son həftələrdə bəzi zərbələrin mülki ərazilərə, xüsusilə Dubayda bəzi nöqtələrə dəyməsi barədə məlumatlar yayılıb.
ABŞ və İsrail Həması terror təşkilatı kimi tanıyır.