Hörmüz boğazında Türkiyəyə məxsus 14 gəmi keçid gözləyir

1 saat əvvəl 1 dəq oxu
 Hörmüz boğazında Türkiyəyə məxsus 14 gəmi keçid gözləyir


Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, hazırda Türkiyə şirkətlərinə məxsus 14 gəmi Hörmüz boğazında keçid üçün gözləmə vəziyyətindədir. Onun sözlərinə görə, bölgədə olan 15 gəmidən yalnız biri – İran limanlarından istifadə etmiş gəmi – İran rəsmilərindən icazə aldıqdan sonra boğazdan keçə bilib.


ArazNews-un Sabah qəzetinə istinadən verdiyi məlumata görə, Uraloğlu İran, İsrail və ABŞ arasında müharibə fonunda bölgədə təhlükəsizlik risklərinin artdığını və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə çatdırıldığını bildirib. O əlavə edib ki, hazırda boğazda gözləyən gəmilər təcili təhlükə ilə üzləşmirlər və Türkiyə rəsmiləri gəmi sahibləri və axtarış-xilasetmə mərkəzi ilə davamlı əlaqə saxlayır.


Nazirin sözlərinə görə, hazırda müxtəlif ölkələrə məxsus təxminən 800 gəmi Hörmüz boğazı bölgəsində keçid üçün gözləyir. Bundan əlavə, sərnişinləri ilə birlikdə altı kruiz gəmisi də bu su yolunun yaxınlığında gözləmə vəziyyətindədir.