ABŞ-nin İranla nüvə sazişi üçün sərt şərtləri: sıfır zənginləşdirmə və obyektlərin ləğvi
2 saat əvvəl
•
1 dəq oxu
ABŞ Cenevrə danışıqlarında İrandan əsas nüvə obyektləri olan Fordo, Natanz və İsfahanın tam şəkildə sökülməsini, bütün zənginləşdirilmiş uranın təhvil verilməsini və müddətsiz, zaman məhdudiyyəti olmayan sazişə razılıq verməsini tələb edib.
ArazNews-un “Wall Street Journal”a istinadən verdiyi məlumata görə, Vaşinqton həmçinin İranda uranın tam dayandırılmasını istəyib, lakin Tehran Tədqiqat Reaktorunu saxlaya biləcəyini bildirib.
İran isə öz növbəsində zənginləşdirmənin bir hissəsinin qorunmasını və genişmiqyaslı sanksiyaların ləğvini tələb edir. Məlumata əsasən, ABŞ ilkin mərhələdə yalnız məhdud sanksiya yumşaldılması təklif edib və əlavə güzəştləri İranın öhdəliklərə əməl etməsi ilə şərtləndirib.