İsrail mediası: F-22 qırıcılarının İsrailə gəlişi Tramp–Təl-Əviv koordinasiyasını göstərir

1 saat əvvəl 1 dəq oxu
İsrail mediası: F-22 qırıcılarının İsrailə gəlişi Tramp–Təl-Əviv koordinasiyasını göstərir


İsrailin Yedioth Ahronoth nəşri ABŞ-ın F-22 qırıcılarının İsrailə daxil olmasının Vaşinqton və Təl-Əviv arasında tam koordinasiyanın göstəricisi olduğunu iddia edib.

Araz News-un məlumatına görə, İsrailin Yedioth Ahronoth nəşri ABŞ-ın F-22 qırıcılarının İsrailə yerləşdirilməsinin Vaşinqton və Təl-Əviv arasında tam koordinasiyadan xəbər verdiyini yazıb.

Məlumatda qeyd olunur ki, bu müasir qırıcıların İsraildə görünməsi İran əleyhinə mümkün hərbi əməkdaşlığa hazırlıq siqnalı kimi qiymətləndirilir.

Hesabatda bildirilir ki, ABŞ hərbi texnikasının regionda yerləşdirilməsi Vaşinqton–Tehran gərginliyinin artdığı və hərbi ssenarilər barədə ehtimalların gücləndiyi bir vaxtda baş verir. Təl-Əviv daha əvvəl də İran məsələsində ABŞ-la strateji koordinasiyanın vacibliyini vurğulamışdı.