şənbə, 21 noyabr 2026
Bölgə

Husilər Ər-Riyada yenidən raket hücumu edib; Səudiyyə Ərəbistanı üç ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb

Husilər Ər-Riyada yenidən raket hücumu edib; Səudiyyə Ərəbistanı üç ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb

Yəmən husilərinin hücumu nəticəsində Ər-Riyadın ən hündür göydələninin zədələnməsindən cəmi iki gün sonra Səudiyyə Ərəbistanı ölkə paytaxtına doğru atılan daha üç ballistik raketi havada zərərsizləşdirərək məhv etdiyini açıqlayıb.

Reuters-ə istinadən xəbər verilir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya 21 noyabr, şənbə günü üç ballistik raketin qarşısının alındığını bildirib. Reuters-in şahidi də Ər-Riyadın səmasında mərmi müşahidə etdiyini və güclü partlayış səsi eşidildiyini deyib.

Bu hücum Səudiyyə koalisiyasının cümə günü Hüdeydə limanında və Sənada husilərin mövqelərini hədəfə almasından sonra baş verib.

Husilər isə cavab olaraq Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki limanlarını hədələyib və aviaşirkətləri bu ölkənin hava məkanından uzaq durmağa çağırıb.

Bu xəbəri paylaşın