Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) cümə günü naməlum mərminin Omanın Xasab limanından 8 dəniz mili şimalda tankerə dəydiyini açıqlayıb. Tanker Hörmüz boğazından çıxırdı. Mərmi gəminin sol tərəfinin ön hissəsinə dəyib.
Gəmiçilik şirkətinin təhlükəsizlik zabiti tankerdə yanğın baş verdiyini bildirib. Onun sözlərinə görə, ölən və ya yaralanan yoxdur, ətraf mühitin çirklənməsi də qeydə alınmayıb. Rəsmilər hadisəni araşdırır. UKMTO gəmiləri araşdırma başa çatanadək boğazdan ehtiyatla keçməyə və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.