cümə axşamı, 19 noyabr 2026
Xəbər

Anthropic tədqiqatçısı Tao Lin: Süni intellekt demək olar ki, bütün insanları həmişəlik işsiz qoyacaq

Anthropic tədqiqatçısı Tao Lin: Süni intellekt demək olar ki, bütün insanları həmişəlik işsiz qoyacaq

Süni intellekt şirkəti Anthropic-in tədqiqatçısı Tao Lin gələcəkdə demək olar ki, bütün insanların həmişəlik «işə götürülməsi mümkün olmayan» vəziyyətə düşəcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, bu geniş miqyaslı işsizliyin səbəbi süni intellekt olacaq.

Lin bildirib ki, belə bir dünyada insanlar dolanışıqlarını təmin etmək üçün dövlət yardımlarından asılı vəziyyətə düşəcəklər.

Anthropic tədqiqatçısı həmçinin hesab edir ki, insan imkanlarını aşan süni intellekt 2027-ci ilin sonunadək yarana bilər.

Bu xəbəri paylaşın