çərşənbə axşamı, 17 noyabr 2026
Dünya

Üç onillik dağıntıdan sonra: dünyanın mədən nəhəngi çirklənmiş mədənin təmizlənməsi üçün 250 milyon dollar ödəyəcək

Üç onillik dağıntıdan sonra: dünyanın mədən nəhəngi çirklənmiş mədənin təmizlənməsi üçün 250 milyon dollar ödəyəcək

İri mədən şirkəti Rio Tinto Buqenvil adasındakı Panquna mis və qızıl mədənindən qalan çirklənmənin təmizlənməsinə başlamaq üçün 250 milyon dollar ayırmağa razılıq verib. Söhbət fəaliyyəti ətraf mühitin dağıdılması və qanlı vətəndaş müharibəsi ilə bağlı olan mədəndən gedir.

"The Guardian" qəzetinin məlumatına görə, Panquna mədəni 1989-cu ildə yerli əhalinin ətraf mühitin çirklənməsinə və mədən gəlirlərinin ədalətsiz bölüşdürülməsinə qarşı etirazlarından sonra bağlanıb.

Üç onillikdən artıq vaxt keçməsinə baxmayaraq, mədənin ətrafındakı çaylar hələ də çirklidir və bölgə sakinləri təmiz içməli suya çıxış baxımından ciddi problemlərlə üzləşir.

Yerli rəsmilər bu razılaşmanı dəymiş zərərin kompensasiyası istiqamətində mühüm addım kimi dəyərləndirsələr də, ayrılan məbləğin ərazinin tam təmizlənməsi üçün kifayət etmədiyini vurğulayırlar.

Buqenvil həmçinin Papua-Yeni Qvineyadan müstəqillik əldə etmək istiqamətində səylər göstərir. Bu məsələ adanın mineral ehtiyatlarının gələcəyini regionun mühüm siyasi məsələlərindən birinə çevirib.

Bu xəbəri paylaşın