çərşənbə axşamı, 17 noyabr 2026
Dünya

İran müharibəsi Trampın ABŞ Hərbi Dəniz Qüvvələri naziri vəzifəsinə namizədini çətin vəziyyətə salıb; senatorlar cavab tələb edir

İran müharibəsi Trampın ABŞ Hərbi Dəniz Qüvvələri naziri vəzifəsinə namizədini çətin vəziyyətə salıb; senatorlar cavab tələb edir

Donald Trampın ABŞ Hərbi Dəniz Qüvvələri naziri vəzifəsinə namizədi Senatda keçiriləcək dinləmədə İran müharibəsi, hərbi itkilər və amerikalı hərbçilərin vəziyyəti ilə bağlı ciddi suallarla üzləşəcək.

Associated Press agentliyinin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini hazırda icra edən və Trampa yaxın şəxslərdən olan Hunq Kao daimi təyinatının təsdiqlənməsi üçün Senatın Silahlı Qüvvələr Komitəsində çıxış etməlidir.

Gözlənilir ki, demokrat senatorlar ondan ABŞ-ın Bəhreyndəki Beşinci Donanmasının qərargahına dəyən ağır ziyan, Hərbi Dəniz Qüvvələri komandirlərinin vəzifədən kənarlaşdırılması, eləcə də «Abraham Linkoln» aviadaşıyıcısındakı dənizçilər arasında mənəvi-psixoloji problemlər və təchizat çatışmazlığı ilə bağlı izahat tələb edəcəklər.

Dinləmə ABŞ-ın üçüncü aviadaşıyıcısının Yaxın Şərqə daxil olduğu və İran müharibəsinin idarə olunma qaydasına dair tənqidlərin artdığı bir vaxtda keçirilir.

Aralıq seçkilərdə Konqresin hər iki palatasına nəzarəti ələ keçirən demokratlar 2027-ci ilin yanvarından etibarən Tramp administrasiyasının hərbi siyasətinə nəzarət üçün daha geniş səlahiyyətlərə malik olacaqlar.

Bu xəbəri paylaşın