çərşənbə axşamı, 17 noyabr 2026
İran

SEPAH iddia edir: ABŞ-a məxsus dronu elektron müharibə vasitəsilə Qeşmdə salamat yerə endirdik

SEPAH iddia edir: ABŞ-a məxsus dronu elektron müharibə vasitəsilə Qeşmdə salamat yerə endirdik

İnqilab Keşikçiləri Korpusu (SEPAH) Qeşm adasının cənubunda, hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatını salamat ələ keçirdiyini açıqlayıb. Qurum 26 aban (17 noyabr), çərşənbə axşamı səhər tezdən MQM-10 modelli pilotsuz uçuş aparatının idarəetmə sisteminə daxil olaraq onu yerə endirdiyini iddia edib.

SEPAH-ın bəyanatında bu əməliyyat «elektron müharibə» kimi təsvir olunub və onun SEPAH-ın Hava-Kosmik Qüvvələrinin mütəxəssisləri tərəfindən həyata keçirildiyi bildirilib. Bəyanatda deyilir ki, pilotsuz uçuş aparatı «tamamilə salamat şəkildə» yerə enib. ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) SEPAH-ın iddiasına hələlik münasibət bildirməyib.

Bu iddia bazar ertəsi gecəsi İsfahanda hava hücumundan müdafiə sistemlərinin işə salındığı barədə xəbərlərdən bir neçə saat sonra irəli sürülüb. İsfahan valisinin müavini buna cavab olaraq ostanın hava məkanında hər hansı düşmən uçuş aparatının olduğunu təkzib edib.

Bu xəbəri paylaşın