çərşənbə axşamı, 17 noyabr 2026
İran

Hökumət qəzeti «Keyhan»: Zəncan və Xuzistanda çörək gizli şəkildə kvotaya salınıb, növbələr qarşıdurmaya çevrilib

Hökumət qəzeti «Keyhan»: Zəncan və Xuzistanda çörək gizli şəkildə kvotaya salınıb, növbələr qarşıdurmaya çevrilib

Zəncan və Xuzistan əyalətlərində çörək səs-küysüz şəkildə kvotaya salınıb və insanlar çörəkxanalara axışıb. «Keyhan» qəzeti noyabrın 16-da, bazar ertəsi bu planın «gizli şəkildə icra olunduğunu» xəbər verib və bəzi çörəkxanaların qarşısında işin söz davasına qədər gedib çıxdığını yazıb.

Plana əsasən, hər nəfər üçün aylıq kvota dövlət qiyməti ilə, 2 min 300 tümənə, təxminən səkkiz kiloqram undur. Bu həddi aşan istənilən alış 12 min 650 tümənlik sərbəst qiymətlə hesablanır və artıq ödənilən pul dövlətin hesabına köçürülür.

Bu xəbəri paylaşın