İsrailin təhlükəsizlik kabineti üç saatlıq iclasda İrandakı prosesləri, eləcə də ABŞ və İsrailin regiondakı hərbi hazırlıqlarını müzakirə edib. İsrail hökumətinin hərbi və təhlükəsizlik məsələləri üzrə ən yüksək qərarvermə orqanı olan bu kabinet son 40 gün ərzində heç bir iclas keçirməmişdi. İclasın keçirilməsi barədə xəbər bazar ertəsi, noyabrın 16-da yayılıb.
ABŞ ordusunun Mərkəzi Komandanlığı olan CENTCOM Vaşinqtonun Yaxın Şərqdə və Körfəz sularındakı hərbi əməliyyatlarına cavabdehdir. İsrail mediasının xəbərinə görə, bu iclasla eyni vaxtda həmin komandanlıq və İsrail ordusu İrandakı proseslərlə bağlı maksimum döyüş hazırlığı vəziyyətindədir.