Vaşinqton İslam Respublikasının Bəhreynə pilotsuz uçuş aparatları ilə hücumlarını pisləyib və bu ölkənin, eləcə də Körfəzdəki digər müttəfiqlərinin təhlükəsizliyinə sadiq olduğunu vurğulayıb. ABŞ dövlət katibi Marko Rubio bu mövqeyi bəhreynli həmkarı Abdullatif bin Rəşid əz-Zəyani ilə telefon danışığında ifadə edib.
ABŞ Dövlət Departamenti noyabrın 16-da, bazar ertəsi yaydığı bəyanatda iki nazirin Vaşinqton ilə Manama arasında strateji tərəfdaşlığın, o cümlədən Bəhreynin ABŞ-ın NATO-dan kənar əsas müttəfiqi statusunun davam etdirilməsini vurğuladıqlarını bildirib.
Bu telefon danışığı İnqilab Keşikçiləri Korpusunun bazar günü altı pilotsuz uçuş aparatı ilə Ər-Rifa bazasında ABŞ-a məxsus hava hücumundan müdafiə radar sistemini hədəfə aldığını iddia etməsindən sonra baş tutub. Bəhreyn rəsmiləri bir neçə PUA hücumunun qarşısının alındığını və zərərsizləşdirildiyini açıqlayıblar. ABŞ ordusunun Mərkəzi Komandanlığının məlumatına görə, SEPAH-a məxsus iki pilotsuz uçuş aparatı daha öncə havada tutulub və heç bir ziyana və ya itkiyə səbəb olmayıb.