Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani və müdafiə naziri Mürhəf Əbu Qəsrə ilə görüşüblər.
Görüş Türkiyə Xarici İşlər Nazirliyində keçirilib. Görüşdə iki ölkənin diplomatiya və müdafiə rəsmiləri eyni vaxtda bir masa arxasında əyləşiblər.